Parkda söyüş söyən şəxs həbs olundu


  • 16:32

Xırdalanda parkda söyüş söyən şəxs həbs olunub.

E-huquq.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev parkında qeydə alınıb.

Belə ki, 21 yaşlı Vüsal Salmanov (şərti ad-soyad) gecə saat 02 radələrində yaşadığı ünvandan çıxarıldığı üçün park ərazisində gəzirmiş. Bu zaman o, ucadan nəlayiq ifadələr işlədib.

Polis əməkdaşları onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edib.

Protokollar hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarına əsasən, V.Salmanov 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər