“Manatlıq taksi” sürücüsü avtobus sürücüsünü döydü - “Koroğlu”da dava


  • 15:58

Bakıda avtobus sürücüsünü döyməkdə təqsirləndirilən Elçin Məmmədovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Sabunçu Rayon Məhkəməsində hakim Elnurə Rəcəbovanın sərdrliyi ilə keçirilən sonuncu prosesdə qərar elan olunub.

Qərara əsasən, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə E.Məmmədov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

İttihama görə, 17 dekabr 2025-ci il tarixdə, təxminən saat 12 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Heydər Əliyev prospektində, “Koroğlu” metro stansiyasının yaxınlığında E.Məmmədov ilə tanışı Akif Əliyev (şərti ad-soyad) arasında nalayiq ifadələr səbəbindən mübahisə yaranıb. Mübahisə zamanı Elçin qəsdən Akifin üz nahiyəsindən əli ilə bir dəfə vurub.

Qeyd edək ki, E.Məmmədov “Chevrolet Cobalt” avtomobillə “manatlıq taksi” fəaliyyəti ilə məşğul olur. Zərərçəkmiş A.Əliyev isə “160” saylı marşrut avtobusunda sürücü işləyir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər