- 16:24
Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı təqsirləndirilən təhsil eksperti Kamran Əsədov həbs edilib.
E-huquq.az xəbər verir ki, Gəncə Şəhər Məhkəməsi belə qərar verib.
Prokuror qətimkan tədbiri şərtlərini pozduğu üçün təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqda” qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini istəyib.
Məhkəmə təqdimatı əsaslı hesab edib. K.Əsədov məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, K.Əsədov və G.Abbasova Cinayət Məcəlləsinin 302.3-cü (gizli informasiya əldə etmək üçün nəzərdə tutulmuş texniki vasitələrin qanunsuz satılması və ya satış məqsədilə əldə edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan olunub.