- 12:49
Bu gün Ali Məhkəmədə "İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucovun barəsində olan hökmdən verilmiş kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, "İşçi Masa"sının üzvü Möhyəddin Orucov 2023-cü il dekabrın 13-də saxlanılıb. Ona Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Möhyəddin Orucovun ittiham olunduğu maddə 234.1-1 maddəyə tövsif edilərək, o qəti olaraq 3 il müddətinə azadlıqdan məhrum edilib.
M.Orucov bundan əvvəl 2023-cü ilin oktyabrın 18-də inzibati həbs cəzası alıb.
Humay Eminqızı