Şəmkirdə qayınana gəlinini döyüb evdən qovdu


  • 15:58

Şəmkirdə qayınana keçmiş gəlinini döyüb.

E-huquq.az-ın məlumatına görə, hadisə Şəmkir rayonunun Qaracəmirli kəndində baş verib. Belə ki, 1965-ci il təvəllüdlü Gülnarə Babayeva (şərti ad-soyad) onunla birlikdə yaşayan keçmiş gəlini Könül Həsənova (şərti ad-soyad) ilə mübahisə edib. Mübahisənin səbəbi K.Həsənovanın evdən çıxmaq tələbinə razı olmaması olub. Mübahisə zamanı G.Babayeva keçmiş gəlininə hücum edərək ona müxtəlif bədən xəsarətləri yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb və G.Babayevə cinayət məsuliyyətinə cəlb olunub.

G.Babayeva məhkəmədə ifadəsində bildirib ki, keçmiş gəlini ilə münasibətləri əvvəl normal olub. Onun oğlu 2013-cü ildə K.Həsənova ilə ailə həyatı qurub, bu nikahdan iki azyaşlı uşaq dünyaya gəlib. Oğlu 2024-cü ildə ürək tutmasından vəfat etdikdən sonra münasibətləri pisləşib. G.Babayeva keçmiş gəlininin onun icazəsi olmadan həkimə getdiyini, həmçinin mərhum oğlunun adına olan avtomobil və əmlakla bağlı mübahisə yarandığını bildirib. Buna görə də onun evdən çıxması üçün məhkəməyə müraciət etmək qərarına gəlib. Hadisə günü evə qayıtdıqdan sonra bu barədə K.Həsənovaya məlumat verib, bundan sonra ailə üzvləri arasında mübahisə yaranıb. Mübahisə zamanı əvvəlcə baldızı Səidə ilə zərərçəkmiş şəxs arasında dava olub, daha sonra G.Babayeva da müdaxilə edərək zərərçəkmiş şəxsi vurub. O, həmçinin K.Həsənovanın mobil telefonunu əlindən alıb, lakin sonradan telefon geri qaytarıb.

K.Həsənova isə ifadəsində bildirib ki, ərinin vəfatından sonra qayınanası və baldızı onunla mütəmadi mübahisə edib, onu evdən çıxmağa məcbur etməyə çalışıblar. Hadisə günü də ondan uşaqları ilə birlikdə evi tərk etməsi tələb olunub. Mübahisə zamanı əvvəlcə baldızı tərəfindən fiziki zorakılığa məruz qalıb, daha sonra qayınanası ona xəsarət yetirib. Qayınanası mobil telefonunu götürmək istəsə də, o, telefonu geri ala bilib və evi tərk edib.

Şəmkir Rayon Məhkəməsinin qərarına əsaəsn, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə G.Babayeva barəsində cinayət işinə xitam verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər