- 13:18
Bakıda 3 nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Elman Atakişiyevin cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Dövlət ittihamçısı E.Atakişiyevin 8 il azadlıqdan məhrum edilməsini təklif edib.
Daha sonra məhkəmə hökmü elan edib. Hökmə əsasən Elman Atakişiyev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Elman Atakişiyev İnqilab Babayev, Tural Səmədzadə və digərləri ilə qabaqcadan əlbir olaraq 3 nəfərə qarşı dələduzluq ediblər. O, İstanbuldan 782 349 manat dəyərində zərgərlik məmulatlarını qaçaqmalçılıq yolu ilə gətirib.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
Humay Eminqızı