- 16:26
Bakıda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Natiq Məhərrəmovun cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib.
E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Natiq Məhərrəmov 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 35 yaşlı N.Məhərrəmov Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən parkların birində həyat yoldaşı 39 yaşlı S.Məhərrəmovanı qətlə yetirməkdə ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (Xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə yekun ittiham irəli sürülüb.
Humay Eminqızı