- 15:27
2025-ci ildə Azərbaycanın dövlət büdcəsində məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 2 919,9 milyon manat səviyyəsində icra olunub.
E-huquq.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü illə müqayisədə 3,9 % və yaxud 110,1 milyon manat çoxdur.
Hesabat dövründə məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərclər faktiki büdcə xərclərinin 7,6 %-ni təşkil edib.