- 14:36
"Məhkəməyə qədər icraatın elektronlaşması bütövlükdə cinayət prosesinin daha səmərəli şəkildə aparılmasına töhfə verəcək".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Hafiz Nəsibov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin videokonfrans formatında keçirilən iclasında deyib.
O bildirib ki, təklif olunan dəyişikliklər cinayət prosesinə cəlb olunan şəxslərə bu prosesdə daha rahat iştirak etmək imkanları verəcək, cinayət təqibini aparan orqanların işini, habelə sənəd mübadiləsini asanlaşdıracaq.
Diqqətə çatdırılıb ki, bununla yanaşı layihədə edilən əlavələr elektron sübutların toplanması prosesini, o cümlədən elektron verilənlərin əldə edilməsi, mühafizəsi və prosessual rəsmiləşdirilməsi qaydalarının müəyyən edilməsi, İKT sistemlərinə baxış, axtarış və götürmə tədbirlərinin hüquqi əsaslarının və hədlərinin dəqiqləşdirilməsi ilə bağlı məsələləri tam hüquqi çərçivəyə salır.