- 26 May 20:35
Bakıda dostunu bıçaqlamaqda təqsirləndiirlən Rəhim Gözəlovun barəsindəki hökmdən verilən apellyasiya protestinə baxılıb.
E-huquq.az-ın məlumatına görə,Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədvoun sədrliyi ilə keçiriklən prosesdə qərar elan olunub.
Qərara əsasən, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib. Hökm qüvvədə saxlanılıb.
İttihama görə, 30 noyabr 2024-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Məzahir Rüstəmov küçəsində Rəhim Gözəlovla dostu Yasər Rüstəmov arasında borc pul üstündə dava düşüb. Belə ki, Rəhim bir müddət öncə Yasərə verdiyi borc pulu geri qaytarmasını istəyib. Yasər isə Rəhimə qarşı nalayiq ifadələr işlədərək onu söyüb. Bu səbəbdən aralarında münaqişə baş verib və Rəhim Yasərə bıçaqla xəsarət yetirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Cabbarov CM-nin 126.1- ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə