"KFC"nin işçisi ana və oğlunu maşınla vurub öldürdü


  • 3 Fevral 13:14

Ana və oğlunu maşınla vurub öldürməkdə təqsirləndirilən Nuran Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az-ın məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə keçirilən sonuncu prosesdə hökm oxunub.

Hökmə əsasən, N.Nuriyev Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib və 5 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il avqustun 2-də saat 23:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 21-ci kilometrliyində baş verib. Belə ki, Nuran Nuriyevin idarə etdiyi “VAZ-21074” markalı avtomobil yolu keçməyə cəhd edən 1993-cü il təvəllüdlü Ülviyyə Əliyeva və onun 2023-cü il təvəllüdlü azyaşlı oğlunu vurub. Nəticədə ana və övladı aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

2005-ci il təvəllüdlü Nuran Nuriyev Xırdalan şəhərində yerləşən "KFC" restoranında fəhlə işləyirmiş.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər