23.10.2026
“Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir”
Məhkəmə

“Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir”

Fev 5, 2026

"Qloballaşan dünyada hüquq sistemi dəyişən iqtisadi və texnoloji çağırışlara uyğunlaşmalıdır. Bu baxımdan süni intellektin hüquqda tətbiqi artıq reallıqdır".

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

O bildirib ki, süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir, lakin düzgün və məsuliyyətli istifadə edildikdə məhkəmə təcrübəsinin təhlilində, hüquqi sənədlərlə işdə və risklərin qiymətləndirilməsində effektiv köməkçi alətə çevrilir:

"Hazırda məhkəmələrdə bu istiqamətdə zəruri addımlar atılır və süni intellektin tətbiqi məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edəcəkdir", – deyə sədr qeyd edib.