Lavrov: “Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır”


  • 15:04

Rusiya Ermənistanın əsas ticarət-iqtisadi tərəfdaşı olaraq qalır və Moskva belə əməkdaşlığı genişləndirmək niyyətindədir.

E-huquq.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanla danışıqlara başlayarkən deyib.

“2015-ci ildə ümumi daxili məhsulun həcmi 10,5 milyard dollar idi, bu gün isə 26 milyard dollardır. Yəni 2,5 dəfə artıb. Moskva sizin üçün əsas ticarət-iqtisadi tərəfdaş olaraq qalır. Biz bu mövqeyimizə məsuliyyətlə yanaşırıq, bu əməkdaşlığı hərtərəfli genişləndirmək, iri infrastruktur layihələrini irəli aparmaq niyyətindəyik”, - Lavrov bildirib.

Onun sözlərinə görə, Rusiya artıq mövcud olan və Ermənistan iqtisadiyyatının strukturlarında əks olunan təcrübəni nəzərə alaraq yeni təşəbbüsləri irəli sürməyə hazırdır.

Humay Eminqızı

Oxşar xəbərlər