- 14:58
Bu gün Ali Məhkəmədə tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən əri, Türkiyə vətəndaşı Muhammet Gündüzün barəsindəki qərardan zərərçəkmiş şəxsin hüquqi varisinin və təqsirləndirilən şəxsin verdiyi kassasiya şikayətinə baxılıb.
E-huquq.az xəbər verir ki, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
Xatırladaq ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Muhammet Gündüz 17 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən, apellyasiya şikayətini mülki iddia hissəsində qismən təmin edib. Muhammet Gündüzün mərhumun ailəsinin-hüquqi varisin xeyrinə 15 min 70 manat ödəməsinə qərar verilib. Həm təqsirləndirilən, həm də zərərçəkmiş tərəfin cəza müddəti ilə bağlı verdiyi apellyasiya şikayətləri təmin olunmayıb. M.Gündüzə əvvəl verilmiş 17 illik azadlıqdan məhrumetmə cəzası qüvvədə saxlanılıb.
Qeyd edək ki, 1967-ci il təvəllüdlü Türkiyə vətəndaşı Muhammet Gündüz 2023-cü il mayın 7-də Novxanı qəsəbəsində aralarında yaranmış mübahisə zamanı arvadı, 1982-ci il təvəllüdlü Türkanə Gündüzə bıçaqla xəsarət yetirərək qəsdən öldürməkdə təqsirləndirilib.
Humay Eminqızı