- 13:19
"İnsanlar məhkəmələrdə ədalət tapa bilmədiklərini deyir".
E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında səsləndirib.
O bildirib ki, güclü məhkəmə olmadan ölkədə sosial ədadləti təmin etmək mümkün olmaz: "Qanunların aililiyini yalnız güclü məhkəmə ilə qoruya bilərik".
Deputat sahibkarların illərdir öz hüquqlarını məhkəmələrdə qoruya bilməməsindən şikayətlənərək, məhkəmə hakimiyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib: "İllərlə sahibkarlar öz hüquqlarını məhkəmələrdə qoruya bilmir. Məhkəmə hakimiyyətini gücləndirmək lazımdır. Məhkəmələrin işi ədaləti bərpa etməkdir".
Q.Həsənquliyev məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyətin hələ də çətin olduğunu əlavə edib: "Bu istiqamətdə addımlar atılır, amma təssüf ki, vəziyyət düzəlmir".
Şəbnəm Mehdizadə