"Bəzi qadınlar bir uşaq doğduqdan sonra aliment almaq üçün boşanır"


  • 12:04

"Azərbaycanda boşanmalarla bağlı vəziyyət çox acınacaqlıdır".

E-huquq.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafa parlamentin bugünkü plenar iclasında səsləndirib.

Deputat, təkcə Bakıda son 9 ayda bağlanan nikahların 56 faizinin boşanma ilə nəticələndiyini və bunun ciddi bir problem olduğunu bildirib.

F.Mustafa bəzən qadınların bir uşaq doğulduqdan sonra aliment almaq məqsədilə süni şəkildə boşanma tələbi irəli sürdüklərini qeyd edib.

O, Mediasiya Şurasına bu məsələdə daha geniş səlahiyyətlərin verilməsini təklif edib: "Şura belə hallarda məhkəməyə rəy verərək tərəflərin niyyətlərini qiymətləndirməli və məhkəmə bu rəyi nəzərə alaraq, aliment məsələsində ədalətli qərar qəbul etməlidir. Çünki bəzi hallarda ailənin əsl dağılma səbəbinin müəyyən edilməsi mümkün olmur".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər