Arvadını güllələməkdə ittiham edilən klinika rəhbərinə hökm oxundu


  • 16:06

Bakının Yasamal rayonunda həyat yoldaşını öldürməyə cəhd etməkdə ittiham olunan “Referans" klinikasının Mərdəkan filialının direktoru olmuş Vasif Kərimovun cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.

E-huquq.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə tərəflər arasında barışıq əldə edildiyi məlum olub.

Daha sonra hökm oxunub.

Hökmə əsasən, Vasif Kərimov 4 il müddətinə azadlıqdan məhrum edilib. Ona Cinayət Məcəlləsinin 62-ci maddəsi (Cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) tətbiq edilib.

Xatırladaq ki, hadisə ötən ilin 16 iyul tarixində günorta saatlarında Bakının Yasamal rayonu ərazisində baş verib. "Yüksəliş" Yaşayış Kompleksində yaşayan, 1986-cı il təvəllüdlü Vasif Kərimov yaşadığı binanın qarajında həyat yoldaşı, 1987-ci il təvəllüdlü Fərqanə Kərimovanı ov tüfəngi ilə güllələyib. Qadın güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və əməliyyat olunub.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər