- 12:24
İranın Qərbi Azərbaycan vilayətinin Piranşəhr şəhərində 4,2 bal gücündə zəlzələ baş verib.
E-huquq.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Təkanlar yerli vaxtla 12:00 radələrində baş verib.
Zəlzələ Hakkarinin Şemdinli rayonundan təxminən 89,85 kilometr aralıda, 10,23 kilometr dərinlikdə qeydə alınıb.
Humay Eminqızı