- 14 May 12:25
"Bu olimpiada hüquq sahəsində təhsil alan tələbələrin inkişafında mühüm rol oynayır".
E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadasının açılış mərasimində deyib.
O bildirib ki, Ali Məhkəmə gənclərin inkişafına xüsusi diqqət yetirir: "Bu məqsədlə Ali Məhkəmənin təşəbbüsü ilə "Femida könüllüləri" təşkilatı yaradılıb. Könüllülər Azərbaycanın müxtəlif bölgələrində məhkəmələrdə, ədliyyə orqanlarında və vəkil qurumlarında könüllü olaraq fəaliyyət göstərir. Bu təşəbbüs gənc hüquqşünasların peşəkar inkişafına xüsusi töhfə verir".
Sədr müavini qeyd edib ki, eyni zamanda tələbələr üçün səhnələşdirilmiş məhkəmə yarışları da təşkil olunur: "Bütün bu tədbirlər tələbələrin inkişafına xidmət edir. Həm məhkəmə, həm vəkil qurumları, həm də prokurorluq orqanları peşəkar hüquqşünasların yetişməsinə maraqlıdır. Bu məqsədlə ali təhsil müəssisələri ilə birgə tədbirlər keçiririk və memorandumlar imzalamışıq".
Şəbnəm Mehdizadə