- 12:36
"Azərbaycanda müasir hüquq təhsili və hüquq sisteminin inkişafı məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır".
E-huquq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş Respublika Hüquq Olimpiadasının açılış mərasiminə deyib.
Deputat bildirib ki,Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra hüquq sisteminin müasirləşməsi və yeni dövrün başlanması üçün zəmin yaradıb.
"Azərbaycanda hüquqi təhsilin inkişafı dövlət tərəfindən yaradılmış şəraitin nəticəsidir. Bu gün hüquq elmində ziyalıların yetişməsi Heydər Əliyevin qayğısı nəticəsində baş verib. Bu siyasət İlham Əliyevin rəhbərliyi ilə davam edir. İnkişafı, tərəqqini yetişən kadrların və gənclərin fəaliyyəti ilə ölçürük”, - deyə B.Məhərrəmov vurğulayıb.
O, həmçinin qeyd edib ki, bu gün hüquq ictimaiyyətinin üzərinə ciddi vəzifələr düşür: "Artıq yeni hüquq mərhələsi başlanıb və yeni hüquqşünas kadrların yetişməsi çox vacibdir. Süni intellektin tətbiqi hüquq sisteminə yeniliklər gətirir, lakin mövcud hüquq yeni yanaşmaları tənzimləmədə bəzən aciz qala bilər. Buna görə də peşəkar kadrların hazırlanması həyati əhəmiyyət daşıyır".
Şəbnəm Mehdizadə