Yuxarı instansiya məhkəmələrinin üzvləri üçün yaş məhdudiyyətinin tətbiq olunması təklif olunur


  • 15:11

Yuxarı instansiya məhkəmələrinin üzvləri üçün yaş məhdudiyyətinin tətbiq olunması təklif olunur.

E-huquq.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin bugünkü plenar iclasında çıxış edib.

Deputat bildirib ki, yuxarı instansiya məhkəmələrinə daha çox mürəkkəb və çoxepizodlu işlərə baxmış, geniş hüquqi və həyat təcrübəsinə malik şəxslər təyin edilməlidir.

"Hesab edirəm ki, heç olmasa 50 yaşına çatmış şəxslər Ali Məhkəmənin üzvü ola bilməlidirlər. Dünyanın bir çox ölkələrində də xüsusilə ali məhkəmələrə daha yaşlı və təcrübəli şəxslər təyin olunur. Çünki onlar həm peşəkar, həm də həyat baxımından daha oturuşmuş və təcrübəli insanlar hesab edilirlər", - Q.Həsənquliyev qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər