- 16:51
Xankəndi Şəhər Məhkəməsinə sədr təyin edilib.
E-huquq.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Apellyasiya məhkəmələri sədrlərinin, məhkəmə kollegiyası sədrinin, birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında Sərəncamında öz əksini tapıb.
Sərəncama əsasən, Tərlan Vaqif oğlu Nüsrətov Cəbrayıl Rayon Məhkəməsinin hakimi və sədri vəzifələrindən azad edilərək Xankəndi Şəhər Məhkəməsinə hakim və sədr təyin edilib.