Azərbaycan və Keniya məhkəmələri arasında əməkdaşlıq əlaqələri müzakirə edildi - FOTO


  • 15:05

Ölkəmizdə səfərdə olan Keniya Respublikası Ali Məhkəməsinin sədri xanım Marta Koomenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə 2026-cı il iyunun 3-də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində görüş keçirilib.

E-huquq.az xəbər verir ki, nümayəndə heyəti məhkəmə iclas zalları, dustaqların müvəqqəti saxlanc yerləri və məhkəmənin inzibati binasında yaradılmış müasir infrastrukturla yaxından tanış olublar.

Görüş çərçivəsində nümayəndələr arasında məhkəmə təcrübəsi mövzusunda qarşılıqlı fikir mübadiləsi aparılarıb. Bu cür görüşlərin iki ölkə arasında məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində vacib rol oynadığı vurğulanıb.

Sonda nümayəndə heyəti məhkəmənin sədri və hakimləri ilə birgə xatirə şəkli çəkdiriblər.

Həmçinin, görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sultan Hacıyev də iştirak edib.

Oxşar xəbərlər