Qaradağın icra başçısının sabiq müavininin məhkəməsi başladı


  • 17:50

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan Nadir Muradov, Qafar Abdullayev, İsa Şəmsəliyev, Rəşad Nadirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində hakim Şəfa Dadaşovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

Məhkəmənin növbəti baxış iclası 12 iyun tarixində keçiriləcək.

Qeyd edək ki, ötən ilin noyabrında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Qaradağ Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı Qaradağ Rayon İcra başçısının müavini Nadir Muradov, Rayon təsərrüfatı şöbəsinin baş məsləhətçisi Qafar Abdullayev, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurov saxlanılıb, Binəqədi rayon məhkəməsinin qərarı ilə barələrində həbs qətikmkan tədbiri seçilib. Bu il fevral ayında həbs müddəti yenidən uzadılıb.

Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun cinayət işi baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Təqsirləndirilən şəxslərdən Nadir Muradov, Qafar Abdullayev barəsində həbs, digər şəxslərlə barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma - qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə), 311.3.3 (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər