- 17:53
Şəxslərin fotoşəkillərini montaj edərək porno saytlarda yaymaqla hədələyərək pul tələb etməkdə təqsirləndirilən Samir Mərdanovun (şərti soyad) cinayət işi üzrə məhkəmənin yekun iclası baş tutub.
E-huquq.az xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, S.Mərdanov Cinayət Məcəlləsinin 178.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlləri törətməkdə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S.Mərdanov “Facebook” sosial şəbəkəsində tanış olub daha sonra “WhatsApp” sosial şəbəkəsində danışdığı bir qrup zərərşəkmişin paylaşdığı fotoları montaj edərək porno saytlarda və digər sosial şəbəkələrdə yaymaqla hədələyərək onlardan ümumilikdə 4 min manat pulunu alıb. Bundan başqa, o, dələduzluq yolu ilə 2400 manat dəyərində aldığı taxta materialların pulunuda ödəməkdən yayınıb.
Zərərşəkmiş şəxslərdən birinin sözlərinə görə, Samir özünü ona Bakı şəhərində yaşayan və işləyən Adil adlı vəkil kimi tanıdıb.
Humay Eminqızı