- 15:15
Bakıda kişi yemək bişirmək istəməyən həyat yoldaşını döyüb.
E-huquq.az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, M.Hadi küçəsində qeydə alınıb. Belə ki, 1992-ci il təvəllüdlü Cəmil Babayev (şərti ad-soyad) həyat yoldaşı Çinarəyə yemək bişirməməsini irad bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə zərbələr endirərək bədən xəsarətləri yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət işi açılıb.
Xətai Rayon Məhkəməsinin hakimi Orxan Əlizadənin sədrliyi ilə baş tutan iclasda zərəçəkmiş şəxs həyat yoldaşı ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbi olmadığını bildirib.
Məhkəmənin qərarına əsasən, C. Babayev cinayət məsuliyyətindən azad edilib və onun barəsində cinayət təqibinə xitam verilib.
Humay Eminqızı