Prokuror arvadına mesaj göndərən şəxsi öldürənə cəza istədi


  • 12:55

Bakıda yoldaşına mesaj göndərdiyinə görə həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Nizami Əliyevin cinayət işi üzrə məhkəmə iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan edilib və çıxışlar mərhələsinə keçilib.

Dövlət ittihamçısı N.Əliyevin 7 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.

Vəkillər çıxış üçün vaxt istədiyinə görə məhkəmənin növbəti iclası 30 iyun tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə 6 oktyabr 2024-cü il tarixdə Bakının Xəzər rayonu Binə qəsəbəsi ərazisində baş verib.

1969-cu il təvəllüdlü Nizami Əliyev onun arvadına bəzi mesajlar göndərdiyinə görə 1980-ci il təvəllüdlü Şahpur Cəfərovun işlədiyi dəmir alqı-satqısı obyektinə gedərək onu bıçaqlamaqda təqsirləndirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər