Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başladı


  • 17:14

Bakıda qəsdən adam öldürməkdə təqsirləndirilən İqor Lısenkonun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutub.

E-huquq.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları yoxlanılıb.

Daha sonra işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul edilib.

İlk baxış iclası 8 iyul tarixinə təyin edilib.

Qeyd edək ki, hadisə Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində baş verib.

İlkin araşdırmalarla 1982-ci il təvəllüdlü İqor Lısenkonun tanışı 1973-cü il təvəllüdlü İlqar Məmmədovu bıçaqlayaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Humay Eminqızı

Oxşar xəbərlər