Xəzər Rayon Məhkəməsinin sədri Polis Akademiyasında mühazirə deyib - FOTO


  • 14:22

Polis Akademiyasında kursantların peşə hazırlığının daha da təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində məhkəmə hakimlərinin iştirakı ilə mühazirələr mütəmadi olaraq təşkil edilir. Bu dərslər kursantların həm nəzəri biliklərinin dərinləşdirilməsinə, həm də praktiki təcrübə ilə zənginləşdirilməsinə şərait yaradır.

E-huquq.az xəbər verir ki, 22 iyun 2026-cı il tarixdə təşkil olunan interaktiv dərsdə qonaq qismində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev, “Ədalət mühakiməsi əleyhinə olan cinayətlər” mövzusunda mühazirə ilə çıxış edib.

Dərsl zamanı nəzəri biliklərlə yanaşı, peşə fəaliyyətində qarşılaşılan praktiki hallardan nümunələr təqdim edilib, mövzu ətrafında geniş izahatlar verilib.

İnteraktiv müzakirələr şəraitində keçirilən mühazirəl zamanı kursantları maraqlandıran suallar cavablandırılıb, onların peşəkar dünyagörüşünün və praktiki bacarıqlarının inkişafına xidmət edən mühüm məsələlər diqqətə çatdırılıb.

Oxşar xəbərlər