"Arzum" ləqəbli tiktoker məhkəmə zalında həbs olundu


  • 11:37

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə hökm elan olunub.

Hökmə əsasən, İ.Hacıyeva 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il 2 ay müddətə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, hadisə 2025-ci ilin iyununda Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. İ.Hacıyevaya qarşı Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə ittiham irəli sürülüb.

Humay Eminqızı

Oxşar xəbərlər