- 09:11
Bakı Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılovun və Binəqədi Rayon Məhkəməsinin hakimi Anar Rzayevin birgə müəllifliyi ilə hazırlanmış “İnzibati və mülki məhkəmə icraatı: oxşar və fərqli cəhətlər (prosessual qanunvericiliyin müqayisəli təhlili)” adlı kitab çap olunub.
E-huquq.az xəbər verir ki, kitabda Azərbaycan Respublikasının prosessual qanunvericiliyi əsasında inzibati və mülki məhkəmə icraatının əsas institutları müqayisəli şəkildə təhlil edilir, onların oxşar və fərqli cəhətləri sistemləşdirilir. Eyni zamanda, ayrı-ayrı prosessual institutların hüquqi təbiəti və tətbiqi xüsusiyyətləri, habelə məhkəmə təcrübəsində meydana çıxan aktual məsələlər araşdırılır.
Nəşrin əsas məqsədi müqayisəli təhlil vasitəsilə inzibati və mülki məhkəmə icraatının özünəməxsus xüsusiyyətlərini daha aydın şəkildə ortaya qoymaq, mövcud nəzəri və praktiki məsələlərə fərqli baxış bucağından yanaşmaq, eləcə də bu sahədə elmi-praktik müzakirələrə töhfə verməkdir.
Kitab hakimlər, vəkillər, hüquqşünaslar, elmi işçilər, magistrantlar və hüquq fakültələrinin tələbələri üçün nəzərdə tutulub.