Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında hakimlər üçün “Azərbaycan Respublikasının insan hüquqlarına dair beynəlxalq öhdəliklərinin tətbiqi məsələləri” mövzusunda təlim təşkil olunub.
E-huquq.az xəbər verir ki, təlim çərçivəsində iştirakçılara insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycanın beynəlxalq öhdəlikləri, beynəlxalq hüquq normalarının milli məhkəmə təcrübəsində tətbiqi və bu sahədə aktual məsələlər barədə məlumat verilib.
Təlimdə Ədliyyə Nazirliyinin Beynəlxalq əməkdaşlıq baş idarəsinin rəisi Adil Əbilov, Bakı Apellyasiya Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Cavid Hüseyn və Bakı Apellyasiya Məhkəməsinin hakimi Fəhmin Hümbətov mövzu üzrə təqdimatlarla çıxış ediblər.
