Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Müsəddiq Əliyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.
E-huquq.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası iyunun 12-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən il oktyabrın 30-da Bakının Qaradağ rayonu Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi ev 2A ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, Yardımlı rayon sakini, 1961-ci il təvəllüdlü M.Əliyev qısqanclıq zəminində arvadı, 1974-cü il təvəllüdlü Ofeliya İmanovanı iplə boğaraq öldürüb. Hadisəni törədən M.Əliyev tutulub.
