“Azərbaycan Məişət Malları” ASC 200 min manatlıq vergi borcuna görə məhkəməyə verildi


  • 17 İyul 2020 14:25

Sumqayıt Kommersiya Məhkəməsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi vergilər baş idarəsinin cavabdeh “Azərbaycan Məişət Malları” Açıq Səhmdar Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddia ərizəsinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, iddiaçı “Azərbaycan Məişət Malları” ASC-nin dövlət büdcəsinə ödənilməmiş borcun təmin edilməsi məqsədilə qarşı 200000 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edib.

Lakin məhkəmə hesab edib ki, iddia tələbi dəqiq ifadə edilmədiyi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Çünki Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsi ilə
tələb olunur ki, iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində öz əksini tapmalıdır.

Buna görə də iddia ərizəsi iddiaçıya geri qaytarılıb.

Oxşar xəbərlər