Məzmuna keç

Azərbaycanda qadın hakimlərin sayı açıqlanıb – STATİSTİKA

Azərbaycanda qadın hakimlərin sayı açıqlanıb

"Azərbaycanda hakimlərin 14 faizi qadındır"

E-huquq.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Onun sözlərinə görə, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dövlət İmtahan Mərkəzinin sədrləri, habelə Ombudsman, Konstitusiya Məhkəməsinin sədr müavini qadınlardır: “Azərbaycanda 3 nazirin müavini qadındır”. A.Naxçıvanlı qeyd edib ki, Azərbaycanda hakimlərin 14, həkimlərin 64,9, dövlət qulluqçularının isə 28,7 faizini qadınlar təşkil edir. K

omitə sədri Azərbaycan bələdiyyələrində qadınların sayının artdığını diqqətə çatdırıb.