Məzmuna keç

IX Milli Məhkəmə Müsabiqəsinin qalibi açıqlandı

ELSA Azərbaycan və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə təşkilatçılığı ilə keçirilən IX Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi baş tutub.

E-huquq.az-ın məlumatına görə, ilk Onlayn Məhkəmə Müsabiqəsi Ali Məhkəmənin Mülki Kollegiyasının hakimləri – Mehparə Əhmədova, Ələsgər Əliyev və İsmayıl Xəlilov tərəfindən aparılıb.

Müsabiqənin qalibi "Adastra" komandası – Şəbnəm Mahmudlu və Günay Məmmədli seçilib.

Qeyd edək ki, Milli Mәhkәmә Müsabiqәsinin keçirilməsində məqsəd hüquq tələbələrinin hüquqi biliklərini praktiki təcrübə ilə birləşdirərək hüquqşünas kimi yetişmələrinə dəstək olmaqdır. Müsabiqә 3 turdan ibarәt olur vә hәr tur mәhkәmә instansiyalarını (1-ci instansiya, apellyasiya, kassasiya) özündә ehtiva edir.