Gəncə Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Məmməd Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxslə bağlı tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi barədə hökm çıxarıb. O, Psixiatriya Xəstəxanasına göndərilib.
Qeyd edək ki, hadisə bu il yanvarın əvvəlində Gəncə şəhərin Poçt qəsəbəsi adlanan ərazisində baş verib. 47 yaşlı M.Məmmədov yaşadığı ərazinin yaxınlığında 70 yaşlı qohumu Valeh Zeynalovu bıçaqlayaraq qətlə yetirilib.
