Məzmuna keç

Qəza törədən sürücülərin ibtidai istintaqı başa çatıb

Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəzanın sürücülərinin ibtidai istintaqı başa çatıb 

Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Allahverdi Məmmədov və Mais Mustafayevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən il iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində baş verib. Həmin ərazidə Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Daha sonra hər iki süfrücü saxlanılıb.