Şəki Ağır Cinayətlər Məhkəməsində 4 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Mais Mustafayev və Allahverdi Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
M. Mustafayevin vəkili Əli Hüseynovun e-huquq.az-a verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, M. Mustafayevə bəraət verilib.
A. Məmmədov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində baş verib. Həmin ərazidə Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.
Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.
Daha sonra hər iki süfrücü saxlanılıb.
