"İstanbul NS Klinikası" karantin qaydalarını pozduğuna görə cərimələndi


  • 10 Sentyabr 2020 15:35

Bakıda fəaliyyət göstərən "İstanbul NS Klinikası" MMC barəsində karantin qaydalarını pozduğuna görə inzibati protokol tərtib edilib.

E-huquq.az-ın məlumatına görə, klinika İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinin tələblərini pozmaqda ittiham edilir.

Protokola Nərimanov Rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Məhkəmə protokul təmin etsə, şirkət 400 manat məbləğində cərimə ediləcək.

Oxşar xəbərlər