Məzmuna keç

Aktyorun bacısının məhkəməyə verdiyi valideynlər Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər

Aktyorun bacısının məhkəməyə verdiyi valideynlər Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər

Aktyor Rza Rzayevin bacısı, 220 saylı məktəbin direktor müavini Zeynəb Rzayevanın xüsusi ittiham qaydasında verdiyi valideynlər – Pərvanə Salmanova və Aliyə Məmmədovanın barəsində olan məhkəmə qərarından Bakı Apellyasiya Məhkəməsinə müraciət ediblər.

E-huquq.az-ın xəbərinə görə, P.Salmanova və A.Məmmədova barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Hakim Habil Məmmədovun sədrliyi ilə ilkin baxış iclası keçirilib. Prosesdə hər iki qadının anket məlumatları dəqiqləşdirlib.

Məhkəmənin növbəti iclası iyunun 24-nə təyin edilib.

İttihama görə, P.Salmanova və A.Məmmədova mətbuatda Z.Rzayeva haqdda məlumat yayıb. Z.Rzayeva isə hər iki şəxsi xusui ittiham qaydasında məhkəməyə verib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə onların barəsində 6 ay islah etmə işləri hökmü çıxarılıb.

Bundan başqa, məhkəmə ekspertizasına görə, xərclənmiş 320 manatın P.Salmanova və A.Məmmədovadan müştərək qaydada tutulması ilə bağlı qərar verilib. Eyni zamanda, şərəf və ləyaqətə və işgüzar nüfuza vurulmuş zərərə görə hər iki qadından 500 manat məbləğinda pul vəsaiti xüsusi ittihamçının xeyrinə tutulması barədə hökm çıxarılıb.