"Hesab edirəm ki, hərbi məhkəmələrin saxlanılması mənasızıdır. Biz nə qədər hərbi vəziyyətdə olsaq da, hərbi hakimlərin, adi hakimlərdən heç bir fərqi yoxdur".
Bunu e-huquq.az-a açıqlamasında Yasamal Rayon Məhkəməsinin hakimi, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) prezidenti Ramin Qurbanov deyib.
Onun sözlərinə görə, 2000-ci ilə qədər hərbi hakimlərlər adi hakimlər arasında fərq mövcud idi: "Çünki onlar da hərbiləşmiş şəxslər idi. Amma bu gün isə heç bir fərq yoxdur. Onda biz niyə hərbi məhkəmələri ixtisaslaşmış məhkəmə kimi saxlamalıyıq? Həmin işlərə ağır cinayətlər məhkəmələri də baxa bilər. Bu ixtisaslaşmaya ehtiyac yoxdur. Amma bu gün inzibati ədliyyə və iqtisadi məhkəmənin ayrı olması, beynəlxalq müstəvidə Azərbaycanın reytinqinin artmasına da səbəb olacaq".
