Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradıldı


  • 16 Sentyabr 2020 10:15

Ali Məhkəmənin kollegiya sədrləri və struktur bölmə rəhbərlərindən ibarət işçi qrupu yaradılıb.

E-huquq.az-ın məlumatına görə, məqsəd məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılması, Ali Məhkəmədə informasiya texnologiyalarının daha geniş tətbiq edilməsi, bu sahədə strateji inkişafın təmin olunması, “Elektron Məhkəmə” İnformasiya Sisteminin tətbiqinin təkmilləşdirilməsi, vətəndaşların məhkəməyə müraciət imkanlarının genişləndirilməsi və məmnunluğunun yüksəldilməsi, şəffaflıq və operativliyin təmin edilməsidir.

İşçi qrupunun işinə rəhbərlik Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərova həvalə edilib.

Oxşar xəbərlər