Məzmuna keç

Keçmiş ərini ehtiyatsızlıqdan öldürən şəxsin şikayətinə baxılıb

Keçmiş ərini ehtiyatsızlıqdan öldürən şəxsin şikayətinə baxılıb

Ali Məhkəmədə keçmiş ərini ehtiyatsızlıqdan öldürməkdə təqsirləndirilən Rəna Qaçayevanın barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, R.Qaçayevanın kassasiya şikayəti təmin edilməyib.

İttiham aktına əsasən, hadisə 2016-cı ilin sentyabr ayının 7-dən 8-nə keçən gecə saat 1 radələrində Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində baş verib. R.Qaçayeva keçmiş əri ilə mənzildə mübahisə edib. Bu zaman mərhum mətbəxtdən bıçaq götürüb qadının üzərinə gəlib. R.Qaçayeva bıçağı kişinin əlindən almaq istəyən zaman onun bud nahiyəsinə batıb. Xəstəxanaya çatdırılan yaralı kəskin qan itirmədən ölüb.

İstintaq orqanı R.Qaçayevanın barəsində Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Sumqayıt Şəhər Məhkəməsi qadının qazancından dövlət nəfinə 20% pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilməsi barədə qərar çıxaırıb. Hökmdən məhkum, zərərçəkmiş şəxsin hüquqi varisi və onun nümayəndəsi tərəfindən apellyasiya şikayəti verilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Daha sonra onlar kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər.