Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Nazim Həsənovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
E-huquq.az-ın xəbərinə görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, qətl hadisəsi bu il yanvarın 16-da saat 1 radələrində Xaçmaz rayonunun Müşkür kəndi ərazisindəki kafelərin birinin qarşısında baş verib.
Həmin ərazidə N.Həsənov Müşkür kənd sakini Tamerlan Həmidovun bıçaqla qətlə yetirib.
Rayon polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və Mürşüdoba kənd sakini N.Həsənov saxlanılıb.
