Məzmuna keç

Məhkəmə keçmiş vəkilin xeyrinə çıxarılan qərarı ləğv edib

Məhkəmə keçmiş vəkilin xeyrinə çıxarılan qərarı ləğv edib

Bakı Apellyasiya Məhkəməsində Vəkillər Kollegiyasının (VK) sabiq üzvü İradə Cavadovanın vətəndaş Könül Mürsəlovaya qarşı qaldırdığı mənəvi zərərin ödənilməsi ilə bağlı iddia ilə əlaqədar məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın məlumatına görə, hakim Məmməd Məmmədovun sədrliyi ilə keçirilən prosaesdə qərar elan olunub.

Qərara əsasən, Xəzər Rayon Məhkəməsinin çıxardığı qərarı ləğv edilib.

Qeyd edək ki, ötən il VK rəhbərliyi K.Mürsəlova adlı şəxsin şikayəti əsasında İ.Cavadovanın vəkillikdən uzaqlaşdırılmasına qərar verib. İ.Cavadova bundan sonra K.Mürsəlovanı məhkəməyə verib. Keçmiş vəkilin tələbində qeyd edilib ki, K.Mürsəlovanın onun haqqında yazdıqları həqiqətə uyğun olmayan, işgüzar nüfuzunu ləkələyən məlumat kimi qiymətləndirilsin. Bu əməlinə görə K.Mürsəlova vurduğu mənəvi zərərin əvəzi kimi 1000 manat kompensasiya ödəsin.

Xəzər Rayon Məhkəməsi bu iddianı qismən təmin edib. Qərarda göstərilib ki, K.Mürsəlovanın vəkil haqqında VK-na ünvanladığı teleqramda yazılanlar həqiqətəuyğun olmayan məlumat hesab edilib.