Ali Məhkəmə piyadanın ölümünə səbəb olan sürücü ilə bağlı bəraət qərarını qüvvədə saxladı


  • 28 Oktyabr 2020 13:33

Ali Məhkəmədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham edilən Rüfət Kazımovun barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. O deyib ki, məhkəmə hüquqlarını müdafiə etdiyi şəxsin əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində çıxarılan bəraət qərarını qüvvədə saxlayıb.

Zərərçəkmişin hüquqi varisinin şikayəti təmin edilməyib.

Qeyd edək ki, ötən ilin iyununda Bakı şəhər sakini Rüfət Kazımovun idarə etdiyi “Nissan Teana” markalı, 90 –SF-717 dövlət qeydiyyatlı avtomobil Azadlıq prospekti ilə hərəkətdə olarkən yol kənarı ilə piyada yeriyən Vaqif Həsənovu vurub. Piyada aldığı xəsarətlər nəticəsində hadisə yerində keçinib.

Faktla bağlı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol nəqliyyat hadisəsi törətmək, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər