MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq


  • 26 Noyabr 2020 11:37

MDB ölkələrinin Ali Məhkəmələr Şurası yaradılacaq.

E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

Müvafiq qərar MDB-də iqtisadiyyat sahəsində mübahisələri həll edən Ali arbitraj, təsərrüfat, iqtisad məhkəmə sədrləri Şurasının iclasında verilib.

Qərara əsasən, MDB Ali Məhkəmələr Şurasının səlahiyyətinə daxil olan müddəalar aşağıdakılardır:

- Ədalət mühakiməsinin həyata keçirilməsi, MDB üzvü olan dövlətlərin ərazilərində yaşayan (yerləşmiş) şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması sahəsində məhkəmə orqanlarının əməkdaşlığının prioritet istiqamətlərinin və formalarının müəyyənləşdirilməsi.

-MDB çərçivəsində qəbul edilmiş hüquqi əməkdaşlıq sahəsində beynəlxalq müqavilələrin və digər aktların həyata keçirilməsinə kömək və MDB çərçivəsində dövlətlərarası münasibətlərin hüquqi tənzimlənməsinin təkmilləşdirilməsi tədbirlərinə dair təkliflərin hazırlanması

- MDB üzv dövlətlərinin məhkəmələrinin beynəlxalq aktların və milli qanunvericiliyin tətbiqi, məhkəmə icraatı qaydaları və məhkəmələrin fəaliyyətinin təşkili barədə məlumat mübadiləsinin asanlaşdırılması

-hakimlərin və məhkəmə işçilərinin təlim və peşəkar inkişafının həyata keçirilməsində əməkdaşlığın təşkili

Qeyd edək ki, Məhkəmə sədrləri Şurasının iclasında MDB icraiyyə komitəsinin sədri, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Rusiya ali məhkəmələrinin nümayəndə heyətləri iştirak ediblər

Oxşar xəbərlər