Məzmuna keç

“Avropa Məhkəməsi yenə də bir iş görmədi”

6 ildən çoxdur ki, beynəlxalq hüquq normaları kobud şəkildə pozularaq və öz doğma yurdunda girov götürülərək tam qanunsuz şəkildə barələrində qondarma rejimin qondarma qərarı ilə ağır cəza ilə məhkum edilən Dilqəm Əsgərov və Şahbaz Quliyevin Azərbaycana qaytarılmasına nail olmaq çox yüksək qiymətləndirilməlidir.

Bu işdə beynəlxalq təşkilatlar və Avropa Məhkəməsi yenə də indiyə qədər bir iş görmədi. Dilqəm Əsgərov və Şahbaz Quliyevə qanunsuz məhkəmə quranlar isə müharibə cinayəti törətmişlər və bu beynəlxalq humanitar hüquq normalarının ciddi pozuntusu kimi Ermənistanın beynəlxalq məsuliyyətini də bir daha təsdiq edir. Yaxşı olardı ki, Ermənistan həmin şəxslərlə bərabər, bu müharibə cinayətini törədən şəxsləri də təhvil verərdi. Və ya "Sülhməramlılar" "Xəritə" ilə yox, bu işlə də məşğul olardılar.

Əmir Əliyev

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, Vəkillər Kollegiyasının üzvü, vəkil