Azərbaycanın işğaldan azad olunan ərazilərində məhkəmələrin fəaliyyəti bərpa edilir.
E-huquq.az-ın məlumatına görə, bu barədə Ədliyyə Nazirliyində kollegiya iclasında bildirilib.
Məlumata görə, işğal nəticəsində ərazilərimizə, o cümlədən ədliyyə və məhkəmə orqanlarına dəymiş ziyanın dəqiqləşdirilməsi, onların fəaliyyətinin bərpası, müvafiq məhkəmələrin yaradılması ilə bağlı nazirliyin vəzifələri və digər konkret tədbirlər müəyyən edilib.
